Sahil Babayev bu boksçuların MAAŞLARINI KƏSDİ

alfonsonri
Oxunma vaxtı:34 Saniyə

Azərbaycan Boks Federasiyasında (ABF) yenidən maaş problemi yaşanır.

“Unikal”ın əldə etdiyi məlumata görə, boks üzrə Azərbaycan çempionatında  ikinci və üçüncü yerə çıxan idmançılara artıq maaş verilmir.

Belə ki, ABF-nin sabiq prezidenti Kəmaləddin Heydərovun zamanında onların hər birinə aylıq maaş ödənilirdi. Lakin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babyev bu posta gələndən sonra yalnız respublika çempionu olanlara maaş verilib. 

Qeyd edək ki, ABF-yə 2009-cu il yanvarın 23-dən Kəmaləddin Heydərov rəhbərlik edib. K.Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olub.  Bu posta isə 9 fevral 2022-ci ildə ƏƏSMN Sahil Babayev seçilib.

Loading

Next Post

Filippin prezidenti Putini sərt TƏNQİD ETDİ

Filippin prezidenti Rodriqo Duterte özünün “yaxın müttəfiqi” kimi qələmə verdiyi rusiyalı həmkarı Vladimir Putini Ukraynaya müdaxiləyə görə sərt şəkildə tənqid edib. Putini Ukraynada günahsız dinc sakinləri öldürməkdə günahlandıran Duterte “Mən cinayətkarları öldürürəm, uşaqları və qocaları öldürmürəm” deyib. Nazirlər Kabinetinin iclasında çıxış edən Duterte “Bir çoxları mənim və Putinin qatil olduğumuzu deyir. Amma […]