Filippin prezidenti Putini sərt TƏNQİD ETDİ

alfonsonri
Oxunma vaxtı:30 Saniyə

Filippin prezidenti Rodriqo Duterte özünün “yaxın müttəfiqi” kimi qələmə verdiyi rusiyalı həmkarı Vladimir Putini Ukraynaya müdaxiləyə görə sərt şəkildə tənqid edib.
 Putini Ukraynada günahsız dinc sakinləri öldürməkdə günahlandıran Duterte “Mən cinayətkarları öldürürəm, uşaqları və qocaları öldürmürəm” deyib. 
Nazirlər Kabinetinin iclasında çıxış edən Duterte “Bir çoxları mənim və Putinin qatil olduğumuzu deyir. Amma mən cinayətkarları öldürürəm. Biz iki fərqli dünyanın insanıyıq”, – deyib. 
Duterte həmçinin Ukraynadakı müharibə səbəbindən Filippində də daxil olmaqla bir çox ölkədə neftin qiymətinin qalxmasını tənqid edib.
Ölkəsində narkotik qaçaqmalçılarına qarşı sərt davranışlarına görə tənqid hədəfinə çevrilən və son vaxtlar vəzifəsindən getməyə hazırlaşan Duterte daha əvvəl Putini “dostum” adlandırmışdı.

Loading

Next Post

İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

Çex Respublikasının Prezidenti Miloş Zeman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir: “Zati-aliləri. Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi çex xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Sizə, ölkənizə və bütün Azərbaycan xalqına rifah, birlik və firavanlıq arzulayıram. Çex Respublikası ilə Azərbaycan Respublikası arasındakı […]