Azər Məmmədov Xızıda vətəndaşları qəbul edəcək

Oxunma vaxtı:26 Saniyə

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin növbəti vətəndaş qəbulu Xızı rayonunda keçiriləcək.

İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun növbəti vətəndaş qəbulu fevralın 27-də saat 11:00-da Xızı rayonu, Heydər Əliyev Mərkəzində baş tutacaq.

Görüş zamanı Xızı və Siyəzən rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırılır ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz”ın xidmət sahələrinə aid olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Sumqayıt Regional Qaz İstismarı İdarəsinə (tel: (050) 845 95 31; (02331)5-04-53) müraciət edə bilərlər.

Loading

Next Post

Leyla Əliyeva Qubada arıçı ailəsinin qonağı olub

Leyla Əliyeva Quba rayonuna səfəri çərçivəsində arıçı Zəfər Əzizovu evində ziyarət edib. Görüş zamanı Leyla Əliyeva arıçı ailəsi ilə səmimi söhbət edib, təsərrüfatın gündəlik fəaliyyəti ilə yaxından maraqlanıb. Zəfər Əzizov arıçılıq sahəsindəki təcrübəsi və ailəsinin təsərrüfatı olan “Ballı Pətək” brendi haqqında ətraflı məlumat verib. 1997-ci ildən peşəkar arıçılıqla məşğul olmağa […]