Qazaxda açıq ərazidə yanğın – VİDEO

Oxunma vaxtı:29 Saniyə

Qazax şəhərində açıq ərazidə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb

“112” qaynar telefon xəttinə şəhərin Nəriman Nərimanov qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 2ha sahədə əsasən kol-kos və quru ot yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Loading

Next Post

Azərbaycan Premyer Liqasında bu gün daha iki qarşılaşma baş tutacaq

Bu gün Misli Premyer Liqasının III turunda daha iki qarşılaşma baş tutacaq. Əvvəlcə “Zirə” evdə “Kəpəz”i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək və Kamranbəy Rəhimovun idarə edəcəyi matça saat 18:00-da start veriləcək. Günün sonuncu görüşü “Liv Bona Dea Arena”da “Araz-Naxçıvan” və “Qəbələ” arasında baş tutacaq. Elçin Məsiyevin idarəçilik edəcəyi […]