Xilasedicilərimiz zəlzələ bölgəsində 11 nəfərin həyatını xilas edib – VİDEO

alfonsonri
Oxunma vaxtı:20 Saniyə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 11 nəfəri sağ, 20 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Loading

Next Post

Paşinyan Ərdoğana zəng ETDİ

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana telefon zəngi edib. Paşinyan dağıdıcı zəlzələdə həlak olanlara görə Ərdoğana başsağlığı verib, yaralılara şəfa diləyib. Paşinyan bildirib ki, erməni xilasedicilərin təyyarəsi İrəvan aeroportunda uçuşa hazırlanır. Ərdoğan Ermənistan hökumətinin başçısına kömək üçün təşəkkür edib. Türkiyə prezidenti qeyd edib ki, bu addım […]