İranın Kiş adasının cənubunda konteyner gəmisi hücuma məruz qalıb

Oxunma vaxtı:24 Saniyə

İranın Kiş adasının cənubunda konteyner gəmisi hücuma məruz qalıb.

Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) məlumatında bildirilib.

“Konteyner gəmisi naməlum mərmi ilə vurulub və bu, zədələnmələrə səbəb olub. Ekipaj üzvlərinin təhlükəsizliyi təmin olunub, bütün heyət tapılıb. Ətraf mühitə təsir barədə məlumat daxil olmayıb”, – məlumatda qeyd olunub.

UKMTO həmçinin bəyan edib ki, 28 fevral – 7 aprel tarixləri arasında Fars, Hörmüz və Oman körfəzlərində, eləcə də onlara bitişik ərazilərdə fəaliyyət göstərən gəmilərə təsir edən insidentlər barədə 27 məlumat daxil olub.

Loading

Next Post

Cənubi Qafqazda yeni dövr: Bakı və Tbilisi regionun gələcəyini cızır - ŞƏRH

Son dövrlər dünyada və regionda baş verən hadisələr, Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycan Prezidenti İlham Əliyevin 6 aprel tarixində Gürcüstana səfəri xüsusi əhəmiyyət daşıyır. Çünki Bakı-Tbilisi münasibətləri hər ötən gün daha da inkişaf edir, iki ölkə arasındakı əlaqələr strateji səviyyəyə yüksəlib. Bunun isə ciddi səbəbləri var. Regionda enerji […]