Bakının Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb, hərəkət qismən məhdudlaşdırılıb

Oxunma vaxtı:30 Saniyə

Bakının Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi ilə bağlı hərəkət qismən məhdudlaşdırılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb.

Məlumata görə, aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb.

Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb

Sürücülərdən alternativ olaraq “20-ci sahə” adlanan ərazi vasitəsilə hərəkət etməklə köhnə Salyan şossesindən istifadə etmələri xahiş olunur.

Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin stabilləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür.

Loading

Next Post

Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir

Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında söyləyib. “Əsrlər boyu gürcü və Azərbaycan xalqları qardaşlıq şəraitində yaşayıb. Bu gün bu ənənələr davam edir. İki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir”. Prezident […]