Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir

Oxunma vaxtı:22 Saniyə

Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında söyləyib.

“Əsrlər boyu gürcü və Azərbaycan xalqları qardaşlıq şəraitində yaşayıb. Bu gün bu ənənələr davam edir. İki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir”.

Prezident qeyd edib ki, Gürcüstan və Azərbaycan beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir:

“Hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik və dəstəkləyəcəyik”.

Loading

Next Post

İlham Əliyev: Bu il Azərbaycanla Gürcüstan arasındakı ticarət dövriyyəsi 1 milyard dollara çata bilər

Keçən il Azərbaycanla Gürcüstan arasındakı ticarət dövriyyəsi 800 milyon dollardan çox olub. Bu sözləri Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı qeyd edib ki, bir çox investorlar, o cümlədən Azərbaycan investorları Gürcüstana böyük maraq göstərir: “Gürcüstanda siyasi sabitlik var. Bunun təminatçısı gürcü xalqı […]