İlham Əliyev: Bu il Azərbaycanla Gürcüstan arasındakı ticarət dövriyyəsi 1 milyard dollara çata bilər

Oxunma vaxtı:41 Saniyə

Keçən il Azərbaycanla Gürcüstan arasındakı ticarət dövriyyəsi 800 milyon dollardan çox olub.

Bu sözləri Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında söyləyib.

Dövlət başçısı qeyd edib ki, bir çox investorlar, o cümlədən Azərbaycan investorları Gürcüstana böyük maraq göstərir:

“Gürcüstanda siyasi sabitlik var. Bunun təminatçısı gürcü xalqı və sizin apardığınız siyasətidir. Azərbaycan və Gürcüstan arasında ötən il ticarət dövriyyəsi 800 milyon dollardan çox olub. Bu ilin ilk rübündə yenə də artım yüksəkdir. Belə getsə, ilin sonuna bəlkə də 1 milyard rəqəminə çatarıq”.

Prezident bildirib ki, Gürcüstandakı mövcud olan müsbət investisiya iqlimi Azərbaycan sərmayədarları həvəsləndirir:

“Bu günədək Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə yatırılıb. Bu gün həm Azərbaycan, həm də Gürcüstanla əlaqəli yeni investisiya layihələri haqqında fikir mübadiləsi apardıq. Ola bilər ki, nə vaxtsa üçüncü ölkələrə birgə sərmayə qoyuluşu nəzərdən keçirilsin”.

Loading

Next Post

Su basmış bir sıra ərazilərdən 166 nəfər təxliyə olunub

Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər, Binəqədi, Suraxanı və Səbail rayonlarında, Sumqayıt şəhəri, Abşeron, Hacıqabul, Xızı, Şabran və Xaçmaz rayonları ərazisində 17-si azyaşlı olmaqla 166 vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, sözügedən ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri, o cümlədən suçəkmə və köməyə […]