Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb

Oxunma vaxtı:29 Saniyə

2026-cı il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 384,3 min nəfər olub, onlardan 5 milyon 105,2 min nəfərini məşğul əhali təşkil edib.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, 2025-ci il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1797,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 869,0 min nəfər, qeyri-dövlət sektorunda isə 928,4 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31 min nəfər, qeyri neft-qaz sektorunda isə 1766,4 min nəfər çalışıb.

Loading

Next Post

Prezidentlə xanımı İsveçrədədir - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün bu gün İsveçrə Konfederasiyasına səfər edib.Dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava limanında rəsmi şəxslər qarşılayıblar.