FHN əhalini Novruz çərşənbələrində yanğın təhlükəsizliyinə riayət etməyə çağırıb

Oxunma vaxtı:39 Saniyə

Fövqəladə Hallar Nazirliyi Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib.

Bu barədə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, Novruz bayramı ilə əlaqədar çərşənbə axşamlarını qeyd etməyə başlayır.

“Bu münasibətlə keçirilən mərasimlərdə, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması isə arzuolunmaz və acı nəticələrə yol aça bilər.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi zaman aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır:

– bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;

– tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

– tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

– tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

– süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!”.

Loading

Next Post

Prezident İlham Əliyev Küveytin Əmirini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Küveytin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu ünvanlayıb. Mətndə deyilir: “Əlahəzrət, 25 Fevral – Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Biz Azərbaycan-Küveyt […]