Paytaxtda tıxac olan yolların SİYAHISI

Oxunma vaxtı:30 Saniyə

Bakının bir sıra yollarında tıxac yaranıb.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Heydər Əliyev prospekti mərkəz istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

4. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

5. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

6. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

7. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Babək prospekti, mərkəz istiqamətində;

9. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından “20 Yanvar” metrostansiyası istiqamətində;

10. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində qədər sıxlıq müşahidə olunur.

Loading

Next Post

Bu gün Milli Məclis toplaşır - Gündəlikdə 14 məsələ var

Bu gün Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 14 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı. 2. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında […]