Futbol akademiyalarında təhsil məsələlərinə məsul şəxslərlə görüş keçirilib

Oxunma vaxtı:50 Saniyə

Futbol akademiyalarında təhsil məsələlərinə məsul şəxslərlə görüş keçirilib.

Bu barədə AFFA-dan məlumat verilib.

Milli assosiasiya tərəfindən təşkil edilən görüşdə akademiyalarda məşq edən uşaq və yeniyetmələrin idman fəaliyyəti ilə yanaşı, məktəb təhsilində davamlı iştirakı, akademik göstəricilərinin dəstəklənməsi və gələcək inkişaf imkanları ilə bağlı məsələlər müzakirə olunub. Müzakirələr zamanı uşaqların məktəb davamiyyətinin izlənilməsi, akademik nailiyyətlərinin qorunması, idman və təhsil fəaliyyəti arasında balansın təmin olunması, eləcə də valideynlər və məktəblərlə əməkdaşlığın gücləndirilməsi məsələlərinə toxunulub.

Uşaq və yeniyetmə futbolçuların hərtərəfli inkişafında təhsilin rolu, onların idman fəaliyyəti ilə yanaşı akademik inkişafının təşviqi və gələcək karyera imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Klub və akademiya nümayəndələri mövcud təcrübələrini bölüşüb, qarşılaşdıqları çətinliklər və mümkün həll yolları ətrafında müzakirələr aparıblar.

Görüşdə AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov, Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva, təhsil üzrə ekspert Nigar Nəsrullayeva, həmçinin futbol akademiyalarında təhsil məsələlərinə məsul şəxslər iştirak ediblər.

AFFA tərəfindən bu istiqamətdə görüşlərin davam etdirilməsi, akademiyalar arasında təcrübə mübadiləsinin təşviqi və mümkün birgə fəaliyyətlərin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Loading

Next Post

Gələn həftə Vaqif Poeziya Günləri keçiriləcək

Bu il Vaqif Poeziya Günlərinin keçiriləcəyi tarix məlum olub. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, builki poeziya günləri nazirlik və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 16-18 iyulda keçiriləcək. “Sözün hekayəsi” şüarı ilə təşkil olunacaq tədbirlər proqramı Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair və dövlət xadimi Molla Pənah Vaqif […]