UFC turnirilə bağlı Bakı metropoliteninin iş rejimində dəyişiklik olunacaq

Oxunma vaxtı:28 Saniyə

Bu gün keçiriləcək “UFC Fight Night” (UFC döyüş gecəsi) ilə əlaqədar Bakı metrosunun iş rejimində dəyişiklik olunacaq.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Məlumata əsasən, saat 20:00-dan 00:00-dək davam edəcək tədbirlə bağlı metro stansiyalarında iş saatları iyunun 21-dən 22-nə keçən gecə 2 saat uzadılacaq:

“Tədbir iştirakçılarının mənzil başına rahat çatması üçün bütün stansiyaların girişi saat 00:00-dan 02:00-dək açıq saxlanılacaq”.

Bildirilib ki, sərnişinlərin təhlükəsiz daşınmasını təmin etmək üçün Bakı Kristal Zalına daha yaxın yerləşən “Sahil” və “İçərişəhər” stansiyalarında ehtiyat tədbirləri görüləcək.

Loading

Next Post

BİZİM TƏQVİM: 21 iyunda baş vermiş tarixi hadisələr

Dünya Musiqi Gününün qeyd edilməsi ideyası 1976-cı ildə amerikalı musiqiçi Coel Koen tərəfindən irəli sürülüb. O, yay gecə-gündüz bərabərliyini qeyd etmək üçün iyunun 21-dən 22-nə keçən gecə musiqi festivalı keçirməyi təklif edib. Fransalı bəstəkar Moris Flöre 1981-ci ildə mədəniyyət və kommunikasiyalar naziri Jak Lanqa bu barədə məlumat verib. 1982-ci ildə […]