Qazaxıstan nəqliyyat naziri: AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır

Oxunma vaxtı:34 Saniyə

Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzasının araşdırılması toplanmış materialların tədqiqatı mərhələsindədir.

Bu barədə Qazaxıstanın Nəqliyyat naziri Marat Karabayev Senatda bildirib.

“Birinci mərhələ materialların toplanması idi. O mərhələ başa çatıb. İndi ikinci mərhələ – toplanmış materialların tədqiqatı aparılır və hazırda araşdırma mərhələsindəyik. Bu çərçivədə yerli və xarici mütəxəssislər ICAO ilə birlikdə Bakıda, Qroznıda, həmçinin Rostov-na-Donda olublar”, – M.Karabayev qeyd edib.

Nazir əlavə edib ki, materiallar tədqiqatlar üçün Qazaxıstandadır.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.(Report)

Loading

Next Post

Rusiya XİN: Bakı və İrəvana sülh sazişinin bağlanmasında uğurlar arzulayırıq

Rusiya sülh sazişinin imzalamasında Azərbaycan və Ermənistana uğurlar arzulayır. Bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov bildirib. O, rəsmi Moskvanın bu prosesin irəlilədilməsində ölkələrə kömək etməyə hazır olduğunu deyib. “Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmalıdır, biz onlara bu işdə səmimi olaraq uğurlar arzulayırıq. Aydındır ki, saziş Rusiya, Azərbaycan […]