Rusiya XİN: Bakı və İrəvana sülh sazişinin bağlanmasında uğurlar arzulayırıq

Oxunma vaxtı:23 Saniyə

Rusiya sülh sazişinin imzalamasında Azərbaycan və Ermənistana uğurlar arzulayır.

Bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov bildirib.

O, rəsmi Moskvanın bu prosesin irəlilədilməsində ölkələrə kömək etməyə hazır olduğunu deyib.

“Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmalıdır, biz onlara bu işdə səmimi olaraq uğurlar arzulayırıq. Aydındır ki, saziş Rusiya, Azərbaycan və Ermənistan arasında bir neçə üçtərəfli sammitin keçirilməsi sayəsində mümkün olub. Əgər hər iki tərəf maraqlıdırsa, biz bundan sonra da yardım göstərməyə hazırıq”, – XİN başçısı vurğulayıb.

Loading

Next Post

Hökməlinin bir hissəsində qaz kəsilib

Abşeron rayonunun Hökməli qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, buna səbəb təbii qazdan qeyri-qanuni istifadə etmək məqsədilə qaz kəmərlərinə qoşulan xətlərin ləğv edilməsidir.