Sudanda qızıl mədəninin uçması nəticəsində altı nəfər ölüb

Oxunma vaxtı:15 Saniyə

Sudanın şimalında qızıl mədəninin uçması nəticəsində altı nəfər həlak olub, 20 nəfərə yaxın insanın dağıntılar altında qalması ehtimal olunur.

Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Faciə cümə günü Berber şəhərinin qərbində baş verib.

“Dağıntılar altında qalanların xilas edilməsi istiqamətində işlər davam etdirilir”, – məlumatda bildirilib.

Hadisənin səbəbləri məlum deyil.

Loading

Next Post

Zəngəzur dəhlizi: Cənubi Qafqazı qlobal nəqliyyat marşrutlarının qovşağına çevirəcək yol - ANALİTİKA

Tarix boyu yollar xalqların taleyini dəyişən strateji arteriyalar olub. İndiki dövrdə də, bir çox ölkələr beynəlxalq dəhlizlərin iştirakçısı olmaqla xalqlarının həyatına müsbət dəyişiklər gətirməyə çalışırlar.Azərbaycan da bu istiqamətdə böyük inkişaf yolu keçib. Ölkəmiz bir çox dəhlizlərin iştirakçısı, eləcə də dəhlizlərin fəaliyyətinə güc qatan mühüm layihələrin təşəbbüskarı olub. Hazırda Azərbaycan üçün […]