İran parlamentinin sədri: İsrail heç bir “qırmızı xətt”ə riayət etmir

Oxunma vaxtı:32 Saniyə

İran Silahlı Qüvvələri İsraili aciz vəziyyətə salacaq, çünki o, heç bir “qırmızı xətt”ə riayət etmir.

Bunu İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf iyunun 16-da ali qanunverici orqanda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, İran Silahlı Qüvvələri düşmənə əsl cəhənnəm yaşadacaq və bütün dünya onun əzablarının şahidi olacaq.

M.Qalibaf deyib ki, müxtəlif millətlərdən və cərəyanlardan ibarət olan İran xalqı düşmənə qarşı birləşib və Silahlı Qüvvələri dəstəkləyib.

İran parlamentinin sədrinin qənaətincə, İsrail İslam Respublikasındakı agentləri vasitəsilə ölkə daxilinə zərbələr endirir: “İsrail hücumu təkcə xaricdən deyil, həm də İran daxilindən həyata keçirilir. İrana qarşı əməliyyatların əhəmiyyətli hissəsi birbaşa hərbi zərbələri şəklində deyil, daxili təxribatlar vasitəsilə reallaşır”.

Loading

Next Post

Kreml: Rusiya İsrail - İran münaqişənin həlli üçün hər şeyi etməyə hazırdır

Moskva Yaxın Şərqdəki böhranın kökündə duran səbəblərin aradan qaldırılmasının tərəfdarıdır, Rusiya İsrail və İran arasındakı münaqişənin həlli üçün hər şeyi etməyə hazırdır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Kreml İsrailin həyata keçirdiyi bombardmanlar fonunda İranda cəmiyyətin əhəmiyyətli konsolidasiyasını qeyd edir: “Biz regionda belə təhlükəli […]