Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir

Oxunma vaxtı:36 Saniyə

İslamofobiya və irqçilik Avropada yaşayan insanlar üçün ən böyük təhdiddir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 9 may – Avropa Günü ilə bağlı təbrik mesajında qeyd olunub.

Bildirilib ki, beynəlxalq miqyasda və regionda baş verən müharibələr, toqquşmalar, terrorlar və iqlim dəyişikliyi kimi məsələlər bütün dünyada olduğu kimi, Avropada da sabitliyi təhdid edir.

Həmçinin qeyd olunub ki, hazırkı geosiyasi vəziyyətdə Avropa İttifaqı (Aİ) əməkdaşlığa töhfə verən addımlar atmalı, ədalətli siyasət yeritməlidir: “Bu, qitəmizin gələcəyi üçün hər zamankından daha vacibdir. Aİ ölkəmizlə əlaqələrinə zərbə vura biləcək siyasətdən imtina etməlidir. Bu, həyati əhəmiyyətli məsələdir. Aİ-nin ölkəmizə qarşı təcrid siyasəti qarşısında Türkiyə malik olduğu imkanlardan istifadə etməkdən çəkinməyəcək. Bir daha xatırlatmaq istəyirik ki, Türkiyə olaraq daha həmrəy Avropa üçün çalışmağa davam edəcəyik”.

Loading

Next Post

Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? – Mühüm AÇIQLAMA 

Hər ölkədə hərbi xidmətə çağırış qaydaları, çağırış yaşı və xidmətin müddəti müxtəlifdir. Azərbaycanda gənclərin hərbi xidmətə çağırış yaşı 18, əsgərlik müddəti ali təhsilli oğlanlar üçün 12 ay, ali təhsili olmayanlar üçünsə 18 ay müəyyən edilib. Həmçinin, müddətdən artıq hərbi xidmət də mövcuddur ki, bunun da öz qaydaları var. Türkiyədə isə […]