Polşa Prezidenti: ABŞ ölkəmizə təhlükəsizlik zəmanəti verib

Oxunma vaxtı:43 Saniyə

Polşa Prezidenti Karol Navrocki Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşünə yekun vurarkən qeyd edib ki, Vaşinqton Varşavaya təhlükəsizlik zəmanəti verib.

Bu barədə Navroçki əldə olunmuş razılaşmalardan xüsusi məmnunluğunu bildirib.

“Prezident Tramp Polşaya təhlükəsizlik zəmanəti verdi, hərbi sahədə əməkdaşlığımızı qeyd etdi və bu məni xüsusilə sevindirdi”, – Polşa lideri bildirib.

Onun sözlərinə görə, görüş böyük uğurla keçib və danışıqlar zamanı Polşada Amerika hərbi mövcudluğunun genişləndirilməsi müzakirə olunub.

Navroçki deyib ki, cümə axşamı ABŞ-nin müdafiə naziri Pit Heqset və Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Slavomir Çeçkeviç Polşanın təhlükəsizliyinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə edəcək danışıqlar aparacaqlar.

Jurnalistlərin suallarını cavablandıran prezident vurğulayıb ki, o, Amerika qoşunlarının Polşada daimi olması üçün real imkan görür. Karol Navrocki əlavə edib ki, Heqset və Çenkeviç arasında danışıqlarda həm ABŞ hərbi kontingentinin yerləşdirilməsi və təhlükəsizlik zəmanətləri, həm də ölkənin müdafiə infrastrukturunun inkişafı üçün yeni layihələr nəzərdən keçiriləcək.

Loading

Next Post

NASA: ABŞ 2030-cu illərdə Marsa astronavt göndərəcək

ABŞ 2030-cu illərin əvvəllərində Marsa astronavt göndərə biləcəyinə ümid edir. Bunu nəqliyyat naziri – Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) direktor vəzifəsini icra edən Şon Daffi “Fox News” telekanalına müsahibəsində deyib. “Biz Aya faydalı yüklərin göndərilməsinə başlamaq və orada bazanın tikintisinə başlamaq istəyirik, sonra isə 2030-cu illərin əvvəllərində Marsa […]