Husilər daha bir hücum həyata keçiriblər

Oxunma vaxtı:28 Saniyə

Yəməndə fəaliyyət göstərən iranyönümlü “Husi” terror təşkilatı Qırmızı dənizdə İsraillə əlaqəli gəmilərə hücumları davam etdirirlər.

Bu barədə Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları Təşkilatı məlumat yayıb.

Hadisə Yəmənin Hüdeydə limanından 70 dəniz mili (130km) cənub-qərbdə qeydə alınıb.

Faktın araşdırıldığı bildirilir.

Xatırladaq ki, ötən ilin noyabrından bəri husilər Qəzza zolağındakı müharibə fonunda fələstinliləri dəstək məqsədilə Qırmızı dəniz, Ərəbistan dənizi, Ədən körfəzi və Bab-ül-məndəb boğazında gəmiləri hədələ alırlar. ABŞ, Britaniya və Almaniya hücumlara cavabən yanvarda regiona dəniz və hava qüvvələri göndərib. Məhz ABŞ-Britaniya qüvvələri ötən günlərdə Hüdeydə Beynəlxalq Hava Limanına üç aviazərbə endirib.

Loading

Next Post

Prezidentdən yeni icra başçısı - Təyinatı

Azərbaycan Prezidenti İlham Əliyev Daşkəsənə yeni başçı təyin edib.  Dövlət başçısının sərəncamı ilə Orxan İrşad oğlu Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.  Qeyd edək ki, Daşkəsənin keçmiş icra başçısı Əhəd Abıyev ötən ilin 17 iyulunda işdən azad edilib.