Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

DogruSozTv Az
Oxunma vaxtı:25 Saniyə

Rusiya ordusu yenidən Kiyevə (Ukrayna) hücum edib, paytaxtda pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.

Bu barədə “Report” Kiyev meri Vitali Kliçkonun “X” sosial şəbəkəsinə istinadən xəbər verir.

“PUA qalıqları qeyri-yaşayış binalarının ərazisinə düşüb. Yanğın baş verib”, – Kliçko bildirib.

Onun sözlərinə görə, hadisə yerinə təcili xidmətlər yollanıb.

Qeyd edək ki, Rusiya qoşunları avqustun 20-nə keçən gecə ballistik və “Tsirkon” hipersəs raketlərindən, eləcə də PUA-lardan istifadə edərək Kiyevə və onun vilayətinə növbəti kütləvi zərbələr endirib. Nəticədə 15 nəfər ölüb.

Loading

Next Post

Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 21-də Bakının Yasamal və Nərimanov rayonlarında bir neçə Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Belə ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək İzmir, Nəriman Nərimanov […]