Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq

DogruSozTv Az
Oxunma vaxtı:48 Saniyə

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 21-də Bakının Yasamal və Nərimanov rayonlarında bir neçə Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Belə ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək İzmir, Nəriman Nərimanov və Mətbuat küçələrinin bir sıra hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Bundan başqa Nərimanov RETSİ-nə daxil olan Vladimir Mayakovski, İsmayıl Hidayətzadə küçələrinin bəzi yerlərində, eləcə də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yerləşdiyi ərazidə saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Həmçinin Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 35/10/6 kV-luq “Nübar” yarımstansiyasında 10/6 kV-luq elektrik yuvalarında təmir işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 17:00-dək Aşağı Güzdək qəsəbəsi və Atyalı yaşayış massivinin bəzi ərazilərini əhatə edəcək.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Loading

Next Post

Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,2 ABŞ dolları və ya 1,26 % artaraq 96,68 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 94,03 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]