Əli Əsədov Numan Kurtulmuşla görüşüb

Oxunma vaxtı:35 Saniyə

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
Görüş zamanı Bakının İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi etməsi mühüm hadisə kimi qiymətləndirilib.
Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, müttəfiqlik və qarşılıqlı etimada əsaslanan münasibətlərin bütün sahələr üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.
Parlamentlərarası əməkdaşlığın ikitərəfli əlaqələrin mühüm tərkib hissəsi olduğu vurğulanaraq, hər iki ölkənin qanunverici orqanları arasında sıx təmasların və qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib.
Tərəflər Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının bundan sonra da yeni məzmunla zənginləşəcəyinə əminlik ifadə edərək, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Loading

Next Post

Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB

Venesuelada 7 maqnitudalı zəlzələ paytaxtda, bir neçə ştatda dağıntılara və tələfatlara səbəb olub. Daxili işlər naziri Diosdado Kabello bu barədə “Venezolana de Television” telekanalının efirində bildirib. “Təəssüflə bildirirəm ki, 7 maqnitudalı zəlzələ Araqua, Karabobo, Miranda, Truxilyo və Yarakuy, eləcə də La-Quayra ştatında və Karakasda hiss olunub, çünki zəlzələ güclü olub”, […]