Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib

Oxunma vaxtı:22 Saniyə

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanla Müdafiə Sənayesi Nazirliyi üzrə müstəqil şöbələrin müdirləri, eləcə də nazirliyin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin baş direktoru və onun müavinləri, həmçinin qurumun strukturuna daxil olan “Cihaz İstehsalat Birliyi” MMC-nin baş direktoru həmin siyahıya əlavə olunub.

Həmçinin Mədəniyyət Nazirliyi üzrə vəzifəli şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb.

Loading

Next Post

Bakıda məktəbdə nöqsan aşkarlanıb, direktora töhmət verilib

Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən monitorinq aparılıb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bidirilib ki, monitorinq zamanı təlim-tərbiyə prosesi, tədris-pedaqoji və metodiki işin təşkili, eləcə də bir sıra digər müvafiq istiqamətlər üzrə yoxlamalar aparıb. Monitorinq nəticəsində bir sıra nöqsanlar […]