Azərbaycanda 3 yeni peşə bayramı təsis edildi

Oxunma vaxtı:34 Saniyə


Prezident İlham Əliyev Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı günlərinin təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən hər il avqustun 23-ü Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı günü kimi, hər il sentyabrın 26-sı Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı günü kimi, hər il martın 16-sı Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü kimi qeyd ediləcək.

Sənədə əsasən, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli 2997 nömrəli Sərəncamı ləğv edilib.

Loading

Next Post

Prezident Bakı Ekspo Mərkəzində sərgilərlə tanış oldu

[center][img]https://azadmedia.az/uploads/posts/2024-09/1727173074_ilham.jpg[/img][/center] Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən V “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə yubiley və “Securex Caspian” Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları sərgiləri ilə tanış olub. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.