İyunda neçə gün evdəyik?

Oxunma vaxtı:38 Saniyə

İyunda qeyri-iş günlərinin sayı məlum olub.

Bu, 2024-cü il üçün iş vaxtı normasında göstərilib.

Bildirilib ki, 15 iyun Milli Qurtuluş Günü, 16-17 iyun Qurban bayramı, 26 iyun isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun tarixləri də qeyri-iş günləri olacaq.

Bununla da, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixləri qeyri-iş günləridir.

Həmçinin, iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd ediləcək.

Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla, iyunda 14 gün qeyri-iş günü olacaq.

Loading

Next Post

BİZİM TƏQVİM: 31 mayda baş vermiş tarixi hadisələr 

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprel ayının 28-də süqut etsə də, yerlərdə müqavimət hərakatı bir müddət davam etmişdi. Sovet hakimiyyətinə qarşı ən çox müqavimət göstərən general-mayor Cavad bəy Şıxlinskinin başçılıq etdiyi xalq hərəkatı olub. Çox təəssüf ki, 1920-ci ilin 31 mayında hərəkat amansızlıqla yatırılıb. Azərbaycan milli azadlıq mübarizəsi tarixinə qızıl […]