Yevlaxda ermənilərin müharibə dövründə atdığı kasetli bomba partladı, çoban öldü

Oxunma vaxtı:25 Saniyə

Yevlax rayonunda Vətən Müharibəsi dövründə ermənilərin atdığı kasetli bomba qalığının partlaması faciəyə səbəb olub.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Aran qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov qəsəbənin otlaq sahəsində qoyun otararkən ərazidəki şübhəli əşyaya toxunub. Nəticədə həmin əşya partlayıb və o aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə dərhal polis və prokurorluq orqanlarının əməkdaşları gələrək hadisə yerinə və meyitə baxış keçirib, məhkəmə tibb ekspertizası keçirilib.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda cinayət işi başlanıb.

Loading

Next Post

Birinci vitse-prezident Mehriban Əliyeva: Ölkəmizin gələcək tərəqqisi yolunda gənclərimizə uğurlar arzulayıram! (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında 2 fevral – Gənclər Günü ilə bağlı paylaşım edib. Doğrusöztv.Az xəbər verir ki, “Gənclər Günü” haştaqı ilə edilən paylaşımda “Ölkəmizin gələcək tərəqqisi yolunda gənclərimizə uğurlar arzulayıram!”, – deyə qeyd olunub.