8 Noyabr prospekti bu gecədən bağlanır – Sürücülərin nəzərinə!

Oxunma vaxtı:21 Saniyə

Zəfər Günü ilə əlaqədar olaraq bu gün saat 00:00-dan etibarən “Neftçilər”, eləcə də 8 Noyabr prospektindən Ağ Şəhər Bulvarı istiqamətinə gedən yollarda tədbir bitənədək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması “Zəfər” abidəsini ziyarət edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

Sürücülərdən qeyd edilən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətləri nəzərə almaları xahiş olunur.

Loading

Next Post

Bakı metrosu COP29-un ilk günlərində sərnişinlərini 1 saat tez qəbul edəcək

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ilk 3 günündə (noyabrın 11-13-də) “Bakı Metropoliteni” QSC-nin stansiyaları sərnişinlərin girişi üçün səhər saat 05:00-da açılacaq. Bunu səhmdar cəmiyyətinin rəis müavini Hidayət Məmmədov bayram və COP29 günlərində metronun fəaliyyətinə dair brifinqdə deyib. Onun sözlərinə görə, bu addım COP29 Əməliyyat […]