Məhkəmə Söyüdlüdə saxlanılanlarla bağlı qərar verdi

alfonsonri
Oxunma vaxtı:28 Saniyə

Gədəbəyin Söyüdlü kəndində süni gölün tikintisi zamanı yaranan insidentdə iştirak edən 5 nəfər məhkəmə qarşısına çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, etirazçılar İnzibati Xətalar Məcəlləsinin 513.2-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə təqsirli bilinib.

Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə hər biri barəsində inzibati qaydada 20 sutka həbs qərarı verilib.
Qeyd edək ki, Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Həmçinin ötən gün Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov etirazçılarla görüşüb, ikinci süni göl yaradılmayacağını bəyan edib.

Loading

Next Post

Əri 20 yaşlı Leylanı və 8 aylıq körpəsini niyə öldürüb? - TƏFƏRRÜAT

Qadın və körpəsi qətlə yetirilib. Dünən Hökməli qəsəbəsində baş vermiş dəhşətli qətlin bəzi təfərrüatları məlum olub. Dogrusoztv.az Xəzər TV-yə istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü Leyla Hüseynli və 8 aylıq körpəsinin ölməsi barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub. Qurumdan bildirilib ki, 1993-cü il təvəllüdlü Fərid Hüseynlinin hadisəni törətməsinə […]