Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Oxunma vaxtı:18 Saniyə

Prezident İlham Əliyev İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost İordaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Loading

Next Post

Qəbul imtahanının II cəhdinin tarixi açıqlanıb

II və III qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin II cəhdi iyulun 5-i keçiriləcək.Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, I və IV qruplar üzrə isə qəbul imtahanı, həmçinin coğrafiya fənni üzrə isə əlavə imtahan iyulun 12-si olacaq. Sözügedən imtahanlara qeydiyyat 1-8 iyun tarixlərində aparılacaq.