Cənubi Koreyada müxalifət prezidentə qarşı impiçment təşəbbüsü ilə çıxış edib

Oxunma vaxtı:40 Saniyə

Cənubi Koreyada beş müxalifət partiyasının deputatları prezident səlahiyyətlərini icra edən Çoy San Mokun impiçmenti üçün Milli Assambleyaya (parlament) müraciət ediblər.

İmpiçmentə səbəb Çoyun Konstitusiya Məhkəməsinə sonuncu hakimi təyin etməkdən imtina etməsi olub.

“Konstitusiya Məhkəməsinin yekdil qərarına baxmayaraq, Çoy üç həftədir onun icrasına məhəl qoymur”, – Demokrat Partiyasının nümayəndəsi Kim Yon Min deyib

Dekabrın sonlarında Çoy iki hakim təyin edib, lakin iki partiyalı konsensusa ehtiyac olduğunu əsas gətirərək müxalifətin namizədi olan Ma Eun Hyoku təsdiqləməkdən imtina edib.

Demokrtat Partiyası Konstitusiya Məhkəməsinin Çoyun imtinasının konstitusiyaya zidd olduğunu açıqladığını və Milli Assambleyanın hüquqlarını pozduğuna bildirərək bu addımı kəskin tənqid edib.

Qanuna görə, impiçmentlə bağlı səsvermə təşəbbüsün plenar iclasda təqdim edilməsindən sonra 24 saatdan gec olmayaraq keçirilə bilər. Amma orası da var ki, hakim “Toburo” partiyası parlamentdəki 300 yerdən 170-nə nəzarət edir və səs çoxluğuna malikdir.

Loading

Next Post

Tramp milli təhlükəsizlik üçün faydalı qazıntı hasilatının artırılmasına dair sərəncam imzalayıb

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik məqsədilə faydalı qazıntı hasilatının artırılmasına dair sərəncam imzalayıb.Tramp bunun üçün 1950-ci ildə Prezident Harri Trumenin dövründə qəbul edilmiş Müdafiə İstehsalı Aktı (DPA) çərçivəsində dövlət başçısının fövqəladə səlahiyyətlərindən istifadə edib. Qanun milli təhlükəsizlik üçün kritik hesab edilən resursların təchizatını artırmaq üçün hökumət resurslarının səfərbər edilməsini […]