Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Oxunma vaxtı:24 Saniyə

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Qurban bayramı günlərində –  iyunun 6-9-da sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb.

Məlumata görə, qatarlar qeyd olunan tarixlərdə həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkətdə olacaq. Qatar Bakıdan Qəbələyə 07:30, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.

Biletləri ADY-nin saytından (www.ady.az), “ADY Mobile” tətbiqindən və vağzal və stansiya kassalarından əldə etmək mümkündür.

Loading

Next Post

Paşinyanın hədəfi: Regionları ələ keçirməklə seçkilərə rahat getmək - ŞƏRH

Ermənistanın daxili siyasətində müxalifətlə iqtidar arasındakı gərginlik getdikcə daha sərt fazaya qədəm qoyur. Gümrü şəhərinin bələdiyyəsinə keçirilən seçkilərdə müxalifətin qələbə əldə etməsi müxalif düşərgəni daha da ruhlandırıb. Bunu son dövrlər aktivləşən bütün siyasi qruplaşma və partiyaların, blokların açıqlamalarından da görmək mümkündür. Hətta “Şərəfim var” bloku baş nazirin impiçmentini təklif edən […]