Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DogruSozTv Az
Oxunma vaxtı:20 Saniyə

Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl oğurlayıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

Rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı V.Məmmədov saxlanılıb. O, hadisəni usta kimi işlədiyi evdə törədib.

Araşdırmalar davam etdirilir.

Loading

Next Post

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Mədəniyyət Nazirliyinin “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində 2026-cı il üzrə keçirdiyi müsabiqənin seçim mərhələsi başa çatıb. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, proqram üzrə cari il iyunun 2-dən 16-dək audiovizual sənətlər, dizayn, memarlıq, mədəni və yaradıcı sahələr üzrə menecment və digər ixtisas istiqamətlərində […]