Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib

Oxunma vaxtı:39 Saniyə

Baş prokuror Şirvan şəhərində vətəndaş qəbulu keçirib.

Bu barərdə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün Baş prokuror Kamran Əliyev Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan şəhər, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonundan olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Baş prokuror Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Qəbulda iştirak edən 28 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.

Loading

Next Post

Assosiasiya sədri: Bələdiyyələri “qəbir yeri satan” kimi təqdim edirlər

Bələdiyyələri “qəbir yeri satan” kimi təqdim edirlər. Bunu Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deyib. Hümbət Hüseynov bildirib ki, vaxtilə bələdiyyələr cəmiyyətdə “torpaq satan təşkilat” kimi tanınırdı: “Bu anlayış artıq bizim leksikonumuzdan çıxmalıdır. Lakin son illərdə, xüsusilə 2018-ci ildən sonra […]