Tramp milli təhlükəsizlik üçün faydalı qazıntı hasilatının artırılmasına dair sərəncam imzalayıb

Oxunma vaxtı:37 Saniyə

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik məqsədilə faydalı qazıntı hasilatının artırılmasına dair sərəncam imzalayıb.

Tramp bunun üçün 1950-ci ildə Prezident Harri Trumenin dövründə qəbul edilmiş Müdafiə İstehsalı Aktı (DPA) çərçivəsində dövlət başçısının fövqəladə səlahiyyətlərindən istifadə edib.

Qanun milli təhlükəsizlik üçün kritik hesab edilən resursların təchizatını artırmaq üçün hökumət resurslarının səfərbər edilməsini nəzərdə tutur. Buraya istehsalın genişləndirilməsi layihələrinin maliyyələşdirilməsi üçün istehsala icazələrin və kreditlərin verilməsinin sürətləndirilməsi daxildir.

Tramp bildirib ki, onun sərəncamı nadir torpaq metalları da daxil olmaqla, mühüm mineral ehtiyatların istehsalının kəskin artmasına gətirib çıxaracaq.

Bu qərarın məqsədi Çindən resurs idxalından asılılığı azaltmaqdır. Hökumətin məlumatına görə, ABŞ azı 15 növ mineralın idxalına görə xaricdən asılıdır, özü də nadir torpaq metallarının 70%-i Çindən alınır. ABŞ həm də mis və alüminiumun əsas idxalçısıdır.

Loading

Next Post

Ermənistan-Türkiyə sərhədi AÇILDI

İrəvandan Suriyaya humanitar yardım aparan 4 yük maşını bu gün Ermənistan-Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsindən keçib.Bu barədə Ermənistan KİV-lərinin məlumatında bildirilib. “Marqara” keçid məntəqəsi martın 31-dək açıq olacaq. Ermənistan hökumətinin qərarına görə, martın 21-dən 31-dək Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsi Suriyaya humanitar yardımın göndərilməsi üçün fəaliyyətə göstərəcək. Ermənistan […]