Ermənistan-Türkiyə sərhədi AÇILDI

Oxunma vaxtı:27 Saniyə

İrəvandan Suriyaya humanitar yardım aparan 4 yük maşını bu gün Ermənistan-Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsindən keçib.

Bu barədə Ermənistan KİV-lərinin məlumatında bildirilib.

“Marqara” keçid məntəqəsi martın 31-dək açıq olacaq.

Ermənistan hökumətinin qərarına görə, martın 21-dən 31-dək Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsi Suriyaya humanitar yardımın göndərilməsi üçün fəaliyyətə göstərəcək.

Ermənistan adından Suriyaya göndərilən humanitar yardımın Türkiyə ərazisindən quru yolu ilə daşınması qərara alınıb.

Qeyd edək ki, Türkiyənin Ermənistanla 311 km. sərhədi var. Türkiyə 1993-cü ildən Ermənistanla sərhədi Azərbaycana dəstək məqsədilə bağlayıb.

Loading

Next Post

Ərdoğandan İlham Əliyevə Novruz - Təbriki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.Təbrikdə deyilir: “Cənab Prezident, Əziz Qardaşım. Təbiətin yenidən canlandığı, torpağın oyandığı və ümidlərin çiçəkləndiyi Novruz bayramı münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Çoxəsrlik qədim ənənəmiz olan Novruz bu il də sülhün, qardaşlığın, həmrəyliyin əhəmiyyətini xatırlamağımıza vəsilə […]