Ərdoğandan İlham Əliyevə Novruz – Təbriki

Oxunma vaxtı:34 Saniyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

“Cənab Prezident, Əziz Qardaşım.

Təbiətin yenidən canlandığı, torpağın oyandığı və ümidlərin çiçəkləndiyi Novruz bayramı münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Çoxəsrlik qədim ənənəmiz olan Novruz bu il də sülhün, qardaşlığın, həmrəyliyin əhəmiyyətini xatırlamağımıza vəsilə olur. Ümid edirəm ki, Novruz dünyada sülhlə bağlı ümidlərin bəsləndiyi, beynəlxalq dialoq və əməkdaşlığın yeni səviyyələrə çatdığı bir dövrün müjdəçisi olacaq. Ölkələrimiz arasında dərin köklərə malik dostluq və qardaşlıq tellərinin möhkəmlənməsi, əməkdaşlığımızın daha da güclənməsi bu Novruz bayramında da səmimi arzumuzdur.

Bu mənalı gün münasibətilə Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, rifah və firavanlıq dolu gələcək arzulayıram”.

Loading

Next Post

Fernandu Santuş: "Azərbaycan şirniyyatları çox xoşuma gəldi"

Azərbaycan şirniyyatları çox xoşuma gəldi.Bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haiti yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl baş tutan mətbuat konfransında deyib. Mütəxəssis Azərbaycanda qarşıladığı ilk Novruz Bayramı barədə danışıb: “Şirniyyatlarınızdan dadmaq imkanım oldu. Mənə Azərbaycan barədə sual verilsə, Avropanın ən gözəl 20 ölkəsindən biri olduğunu söyləyəcəm. Bundan başqa, […]