Malta Prezidenti Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik edib

Oxunma vaxtı:24 Saniyə

Malta Prezidenti Miriam Spiteri Debono azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Zati-aliləri.

28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Malta xalqı adından səmimi təbriklərimi çatdırıram.

Diplomatik münasibətlərin qurulduğu vaxtdan etibarən Malta ilə Azərbaycan qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan dostluq əlaqələrini uğurla davam etdirirlər. Əminəm ki, ikitərəfli və çoxtərəfli əməkdaşlığımız gələcək illərdə daha da möhkəmlənəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Loading

Next Post

FEMSA: Şəhərlər uşaqların ehtiyacları nəzərə alınmaqla layihələndirilməlidir

Şəhər planlaşdırılması uşaqların maraq və ehtiyacları nəzərə alınmaqla həyata keçirilməlidir. Bu barədə Meksikanın ən böyük holdinq şirkəti (Latın Amerikasının aparıcı pərakəndə satıcısı) olan FEMSA-nın məktəbəqədər təhsil şöbəsinin rəhbəri Sindi Qonsales Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “İctimai məkanlar erkən uşaqlıqdan” panel sessiyasında bildirib. O vurğulayıb ki, uşağın […]