FEMSA: Şəhərlər uşaqların ehtiyacları nəzərə alınmaqla layihələndirilməlidir

Oxunma vaxtı:35 Saniyə

Şəhər planlaşdırılması uşaqların maraq və ehtiyacları nəzərə alınmaqla həyata keçirilməlidir.

Bu barədə Meksikanın ən böyük holdinq şirkəti (Latın Amerikasının aparıcı pərakəndə satıcısı) olan FEMSA-nın məktəbəqədər təhsil şöbəsinin rəhbəri Sindi Qonsales Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “İctimai məkanlar erkən uşaqlıqdan” panel sessiyasında bildirib.

O vurğulayıb ki, uşağın şəxsiyyətinin formalaşması təkcə onun valideynləri və tərbiyəçiləri ilə qarşılıqlı əlaqəsi ilə deyil, həm də böyüdüyü və inkişaf etdiyi ətraf mühitlə şərtlənir.

“Şəhərlər həddindən artıq çox hallarda yetkin insanın baxış bucağından çıxış edərək yaradılır, bu zaman isə azyaşlı sakinlərin ehtiyacları diqqətdən kənarda qalır. Əgər biz həqiqətən də daha inklüziv, humanist və dayanıqlı cəmiyyət yaratmağa can atırıqsa, şəhərlərimizi uşaqların baxış prizmasından qəbul etməyə başlamalıyıq”, – S. Qonsales bildirib.

Loading

Next Post

Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib

Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib.Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Qeyd olunub ki, 27-28 mayda qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvanların kəsimi və satışına artan tələbat nəzərə alınaraq, AQTA Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət qurumları ilə birgə əhalinin təhlükəsiz ət […]