Fernandu Santuş: “Azərbaycan şirniyyatları çox xoşuma gəldi”

Oxunma vaxtı:27 Saniyə

Azərbaycan şirniyyatları çox xoşuma gəldi.

Bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haiti yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis Azərbaycanda qarşıladığı ilk Novruz Bayramı barədə danışıb:

“Şirniyyatlarınızdan dadmaq imkanım oldu. Mənə Azərbaycan barədə sual verilsə, Avropanın ən gözəl 20 ölkəsindən biri olduğunu söyləyəcəm. Bundan başqa, ölkənizdə təhlükəsiz şəkildə, gəzmək, yaşamaq mümkündür. Fürsətdən istifadə edib, bir daha Azərbaycanx alqını Novruz Bayramı münasibəti ilə təbrik edirəm”.

Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Haiti görüşü saat 21:45-də başlayacaq.

Loading

Next Post

Gədəbəydə qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapılıb

Qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapılıb. Bu barədə Müdafiə Nazirliyini və Fövqəladə Hallar Nazirliyinin yaydığı birgə məlumatda bildirilib. Qeyd olunub ki, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun  və əsgər Həmidov Ruslan Rüstəm oğlunun […]