Gədəbəydə qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapılıb

Oxunma vaxtı:30 Saniyə

Qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapılıb.

Bu barədə Müdafiə Nazirliyini və Fövqəladə Hallar Nazirliyinin yaydığı birgə məlumatda bildirilib.

Qeyd olunub ki, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun  və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri aşkar edilib.

Qeyd edək ki, qar uçqununa düşən hərbi qulluqçularımızın tapılması məqsədilə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq yüksək dağlıq və çətin relyefli ərazidə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin xüsusi texnikaları, qüvvə və vasitələri birgə axtarış-xilasetmə tədbirlərinə cəlb edilib.

Loading

Next Post

CHP fövqəladə qurultaya gedir

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl aprelin 6-da partiyasının fövqəladə qurultaya gedəcəyini açıqlayıb.Bu barədə siyasətçi mətbuata açıqlamasında bildirib. “Aprelin 6-da <…> CHP-nin nümayəndələri fövqəladə qurultayda <…> Atatürkün qurduğu partiyaya qəyyum təyin etməyə belə cəhd edənlərə inad <…> iradələrini bildirəcəklər”, – o qeyd edib. Özəl qeyd edib ki, partiya […]