Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Oxunma vaxtı:44 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,82 ABŞ dolları və ya 4,82 % azalaraq 95,27 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 93,76 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,72 ABŞ dolları və ya 4,83 % azalaraq 92,95 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Loading

Next Post

Belfastda 18 yaşlı tələbənin öldürülməsi iğtişaşlara səbəb olub

Belfastda (Şimali İrlandiyanın paytaxtı) iyunun 8-i axşam saatlarında şəhərin şimalında baş verən bıçaqlı hücumdan sonra iğtişaşlar baş qaldırıb. Bu barədə BBC məlumat yayıb. Şəhərdə evlər və avtomobillər yandırılıb, bütün ictimai nəqliyyatın hərəkəti isə dayandırılıb. Etirazlar həmçinin Londonderri, Antrim, Nyutaunabi, Ballimena və Banqorda da keçirilib. Bəzi etirazlar dinc keçib, lakin bir […]