Belfastda 18 yaşlı tələbənin öldürülməsi iğtişaşlara səbəb olub

Oxunma vaxtı:37 Saniyə

Belfastda (Şimali İrlandiyanın paytaxtı) iyunun 8-i axşam saatlarında şəhərin şimalında baş verən bıçaqlı hücumdan sonra iğtişaşlar baş qaldırıb.

Bu barədə BBC məlumat yayıb.

Şəhərdə evlər və avtomobillər yandırılıb, bütün ictimai nəqliyyatın hərəkəti isə dayandırılıb.

Etirazlar həmçinin Londonderri, Antrim, Nyutaunabi, Ballimena və Banqorda da keçirilib. Bəzi etirazlar dinc keçib, lakin bir sıra ərazilərdə zorakılıq baş qaldırıb. Şərqi Belfastda təxminən 100 nəfərlik qrup qapıları sındırıb və pəncərələri qırıb. Onların böyük bir hissəsi yeniyetmələrdir. Eyni zamanda, zibil qutuları və bir avtobus da yandırılıb.

Şimali İrlandiyanın Yanğından Mühafizə və Xilasetmə Xidməti iyunun 9-u axşam saatlarında 62 insidentə müdaxilə edib. Yaxın günlərdə küçələrdə polis qüvvələrinin mövcudluğu gücləndiriləcək.

Etirazlar son vaxtlar baş vermiş insident – polisin səhlənkarlığı səbəbindən həlak olan 18 yaşlı tələbə Henri Novakın ölümü ilə əlaqədar keçirilib.

Loading

Next Post

DYP "Son zəng"lə bağlı "Rent a Car"lara müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) avtomobil icarəsi ilə məşğul olanlara (Rent a Car) müraciət edib. Bu barədə Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, DYP qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa […]