Vens: Çikaqoya Milli Qvardiya yerləşdirmək planımız yoxdur

Oxunma vaxtı:32 Saniyə


ABŞ Prezidenti Donald Tramp administrasiyasının cinayətlə mübarizə üçün Çikaqoya (İllinoys ştatı) Milli Qvardiya qoşunlarının göndərilməsi ilə bağlı konkret planı yoxdur.

Bunu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens deyib.

“Hazırda heç bir plan yoxdur. Lakin ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, Amerika vətəndaşlarını, istər Çikaqoda, istərsə də Vaşinqtonda müdafiə etmək üçün qanuni səlahiyyətə malikdir”, – Vens deyib.

Çərşənbə axşamı Amerika lideri Milli Qvardiya qoşunlarının Çikaqoya yerləşdiriləcəyini bildirib. Prezident onların dəqiq nə vaxt şəhərə yerləşdiriləcəyini açıqlamayıb.

Tramp İllinoys ştatının qubernatoru Cey Robert Pritskeri ştatın ən böyük şəhərində təhlükəsizliyi təmin edə bilmədiyi üçün dəfələrlə tənqid edib. Amerika liderinin fikrincə, Çikaqo dəhşətli kriminal vəziyyətə görə “cəhənnəm dəliyi”nə çevrilib.

Loading

Next Post

Polşa Prezidenti: ABŞ ölkəmizə təhlükəsizlik zəmanəti verib

Polşa Prezidenti Karol Navrocki Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşünə yekun vurarkən qeyd edib ki, Vaşinqton Varşavaya təhlükəsizlik zəmanəti verib. Bu barədə Navroçki əldə olunmuş razılaşmalardan xüsusi məmnunluğunu bildirib. “Prezident Tramp Polşaya təhlükəsizlik zəmanəti verdi, hərbi sahədə əməkdaşlığımızı qeyd etdi və bu məni xüsusilə sevindirdi”, – Polşa lideri bildirib. Onun […]