Putin Çinə gedir

Oxunma vaxtı:30 Saniyə

Rusiya prezidenti Vladimir Putinin Çinə səfərinin tarixi üzərində iş gedir və tezliklə açıqlanacaq.

Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə bildirib.

“Biz səfərə hazırlıq üzərində işləyirik. Düşünürəm ki, bu, tezliklə açıqlanacaq”, – deyə nazir müavini Putinin Çinə səfərinin tarixi ilə bağlı sualı cavablandırarkən bildirib.

Çin prezidenti Si Cinpinin dəvəti ilə Putin 2025-ci ildə 31 avqust – 3 sentyabr tarixləri arasında dörd Çinə dördgünlük səfər edib. Səfər zamanı Rusiya lideri ŞƏT Dövlət Başçıları Şurasının iclasında iştirak edib, dövlət liderləri ilə bir neçə görüş keçirib və İkinci Dünya Müharibəsinin bitməsinin 80 illiyi münasibətilə Pekindəki Tiananmen Meydanında keçirilən hərbi paradda iştirak edib.

Loading

Next Post

Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

Prezident İlham Əliyev martın 23-də Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib. Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına liseydə yaradılmış şərait barədə məlumat verdi. Bildirildi ki, Avropa liseyinin yerləşdiyi əvvəlki bina 1937-ci ildə inşa edilmişdi. Təhsil müəssisəsinin 1987-ci ildə yenidən qurulan binası isə […]