HƏMAS: Razılaşma çərçivəsində bütün girovları azad etməyə hazırıq

Oxunma vaxtı:20 Saniyə

Fələstinin HƏMAS hərəkatı İsraillə anklavda hərbi əməliyyatların tamamilə dayandırılmasını nəzərdə tutan hərtərəfli saziş çərçivəsində Qəzza zolağında saxlanılan bütün girovları azad etməyə hazır olduğunu açıqlayıb.

Bu barədə bəyanat radikalların teleqram kanalında yayılıb.

“HƏMAS təsdiq edir ki, o, razılaşdırılmış sayda fələstinli məhbus müqabilində bütün girovları azad edəcək hərtərəfli razılaşmanın həyata keçirilməsinə hazırdır. Bu razılaşma həmçinin Qəzzada müharibənin dayandırılmasını və İsrail qoşunlarının oradan çıxarılmasını da əhatə etməlidir”, – məlumatda deyilir.

Loading

Next Post

Vens: Çikaqoya Milli Qvardiya yerləşdirmək planımız yoxdur

ABŞ Prezidenti Donald Tramp administrasiyasının cinayətlə mübarizə üçün Çikaqoya (İllinoys ştatı) Milli Qvardiya qoşunlarının göndərilməsi ilə bağlı konkret planı yoxdur. Bunu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens deyib. “Hazırda heç bir plan yoxdur. Lakin ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, Amerika vətəndaşlarını, istər Çikaqoda, istərsə də Vaşinqtonda müdafiə etmək üçün […]