Lavrov iranlı həmkarına hörmətsizlik etdi: “Nə gözləyirdiniz?” (VİDEO)

alfonsonri
Oxunma vaxtı:47 Saniyə

Mart ayının 30-da İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Moskvaya səfəri zamanı ona qarşı hörmətsizlik edilib.

Dogrusoztv.az İran KİV-ə istinadən xəbər verir ki, nazir rusiyalı həmkarı Sergey Lavrovun onu qarşılaması üçün Rusiya Xarici İşlər Nazirliyinin binasının qarşısında avtomobilində xeyli gözləyib. Lakin Lavrov onu qarşılamağa çıxmayıb.

Abdullahiyan XİN binasına daxil olduqdan sonra Lavrov ona “Görünür, siz maşından düşmək istəmirdiniz” deyə kameralar qarşısında müraciət edib. “Mən gözləyirdim” deyən nazirə rusiyalı həmkarı “Nə gözləyirdiniz?” deyə yenidən kinayə ilə yanaşıb.

Rusiyanın bu addımı İranda XİN rəhbərinin aşağılanması kimi qiymətləndirilib: “Ruslar bir ölkənin mövqelərindən narazı olanda bunu kamera qarşısında davranışlarında göstərirlər. Putinin Makron və Rəisini qarşılama tərzindən tutmuş, Ərdoğanı görüş üçün qapıda gözlətməsinə qədər… Yəqin ki, Rusiya İranın Ukrayna ilə bağlı mövqeyini dəyişdirdiyinə görə bu addımı atıb”, – məlumatda deyilir.

İranın XİN sözçüsü Tazhan Kənani isə görüntüləri təhrif etməyə çalışıb: “Təbii ki, nümayəndə heyətinin rəhbəri avtomobilin içərisində onu müşayiət edən digər əsas üzvləri gözləyirdi”.

Loading

Next Post

Fazil Mustafanın SON DURUMU

Martın 28-də yaşadığı evin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafanın son durumu məlum olub. Bu barədə “Unikal”a açıqlamasında Fazil Mustafanın köməkçisi Əjdər Əliyev məlumat verib. Onun sözlərinə görə, deputatın vəziyyəti qənaətbəxşdir: “Səhhəti yaxşılaşmağa doğru gedir. Ayağındakı yara artıq sağalıb. Yaxın günlərdə evə buraxılacağı gözlənilir”.