Suriya hökuməti SDQ ilə atəşkəs və inteqrasiya barədə razılığa gəlib

Oxunma vaxtı:22 Saniyə

Suriya hökuməti və Suriya Demokratik Qüvvələri (SDQ) hərtərəfli atəşkəs barədə razılığa gəliblər.

Atəşkəsə əlavə olaraq SDQ-nin Suriya ordusuna mərhələli şəkildə inteqrasiya edilməsi də razılaşdırılıb.

Məlumata görə, Suriyanın şimal hissəsində döyüş zonalarında olan SDQ hərbi qüvvələri geri çəkiləcək və Suriyanın Daxili İşlər Nazirliyinin tabeliyində olan qoşunlar SDQ-nin nəzarətində olan Haseke və Qamışlı şəhərlərinə göndəriləcək.

“Razılaşmanın məqsədi Suriya ərazisinin unifikasiyası və tərəflər arasında əməkdaşlığın gücləndirilməsi vasitəsilə ölkənin yenidən qurulmasında səyləri birləşdirməkdir”,- SDQ bildirib.

Loading

Next Post

Ərdoğan Pezeşkianla bölgədəki hərbi gərginliyi müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb. Telefon danışığı zamanı Türkiyə ilə İran arasında ikitərəfli münasibətlər, eləcə də bölgədə artan hərbi gərginlik müzakirə olunub. Qeyd edək ki, İran xarici işlər naziri Abbas Əraqçi bu gün İstanbula səfər edib. İranlı nazir Türkiyə XİN başçısı Hakan Fidanla görüşəcək. […]