Ankaranın bu təklifini Kiyev rədd etdi – Lavrov

Oxunma vaxtı:36 Saniyə

Türkiyə 2024-cü ilin yazında taxıl müqaviləsini bərpa etməyə çalışdı, Moskva hazır idi, lakin Kiyev Rusiya razılıq verdikdən sonra imtina etdi.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Cari ilin yazında Türkiyə tərəfindən bu dəyişdirilmiş formatda ərzaq tədarükünün qorunmasına dair sazişi yeniləməyə cəhd edildi. Hazır idik. Son anda ukraynalılar dedilər ki, kommersiya gəmilərinə toxunmamaq öhdəliyinə əlavə kimi atom elektrik stansiyalarının təhlükəsizliyini qorumaq zərurətini də bənd olaraq yazaq. Yersiz görünürdü, amma biz dedik ki, bunu edək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bizi bunun irəliyə doğru bir addım olacağına inandırdı. Ərdoğan tamamilə səmimi oynadı və kömək etməyə çalışdı. Razılaşdıq, amma ukraynalılar dərhal dedilər ki, yox, bu onları qane etmir. Görünür, onların artıq atom elektrik stansiyalarını bombalamaq planları var idi”, – o bildirib.

Loading

Next Post

Çində yol qəzasında azı 10 məktəbli ölüb və ya yaralanıb

Çinin Şandun əyalətinin şərqindəki Tayan şəhərində məktəb yaxınlığında baş verən ağır yol qəzasında azı 10 uşaq ölüb və ya yaralanıb. Bu barədə “Xinxua” agentliyi xəbər yayıb. Hadisə çərşənbə axşamı Tayan şəhərinin Dunpin kəndində yerli məktəblərdən birinin qapısında baş verib. Bildirilir ki, məktəb avtobusu gözlənilmədən yolun kənarı ilə təhsil müəssisəsinə gedən […]